Azərbaycanla Britaniya arasında memorandum imzalandı

Sənaye və energetika

01.05.2025 12:31

15

Böyük Britaniya hökumətinin ixrac kredit agentliyi “UK Export Finance” (UKEF) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanıb. 

TodayPress xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında məlumat verib. 

“Londonda Birləşmiş Krallığın xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomasla həmsədrliyimizlə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası məhsuldar nəticələrlə yekunlaşdı. 37 milyard dollardan çox investisiya və enerji sahəsində mühüm layihələrlə ölkəmizin iqtisadi inkişafına töhfə verən strateji tərəfdaşımız Böyük Britaniya ilə 20-dən çox sahə üzrə əməkdaşlıq gündəliyimizi dəyərləndirdik, iqtisadi-ticari əlaqlərimizin inkişafı istiqamətində gələcək fəaliyyət planlarımızı müəyyənləşdirdik. Həmçinin UKEF və AZPROMO arasında Anlaşma Memorandumu imzalandı”  deyə nazir qeyd edib.

tag: Azərbaycan,Britaniya,Memorandum,İmza,Todaypress.az,

photo
photo
photo