Azərbaycanda əmtəəlik kondensatın istehsalı 2% artdı

Sənaye və energetika

10.02.2025 14:50

2801

Ötən il Azərbaycanda 5 292,34 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 1,7% çoxdur.

TodayPress xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 5 284,29 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 1,95% artım deməkdir.

Xatırladaq ki, 2023-ci ildə Azərbaycanda 5 203,4 min ton qaz kondensatı hasil edilib, bunun da 5 183,4 tonu əmtəəlik məhsulun payına düşüb.

tag: Azərbaycan,Qaz,Sənaye və energetika,Dövlət Statistika Komitəsi,todaypress.az,