Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə etdi - YENİLƏNDİ

Sənaye və energetika

02.05.2025 16:48

9

Azərbaycan və Rumıniya arasında qaza tələbat müstəvisində bu ölkəyə qaz tədarükü və infrastrukturların inkişafına dair müzakirələr aparılıb. 

TodayPress xəbər verir ki, bu barədə müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə keçirilən görüşdə aparılıb. 

P. Şahbazovun Sebastian-İoan Burduja ilə görüşündə təbii qaz və “yaşıl enerji” təchizatı, eləcə də ikitərəfli enerji əməkdaşlığının gündəliyindəki aktual məsələlərlə bağlı fikir mübadiləsi edilib. 

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icra vəziyyəti, həmçinin Rumıniyanın “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinə qoşulması perspektivləri nəzərdən keçirilib. 

Rumıniyalı nazir iyunun 2-4-də Bakıda keçiriləcək “Enerji Həftəsi”ndə iştiraka dəvət edilib.

***

15:09

Azərbaycan və Rumıniya arasında qaz tədarükü məsələsi müzakirə edilib. 

TodayPress xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. 

Nazir qeyd edib ki, İstanbulda Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə görüşüb. 

Görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, qaz tədarükü və enerji əməkdaşlığının gündəliyində olan digər məsələlərlə bağlı müzakirələr aparılıb.

tag: Azərbaycan,Ruminiya,Qaz,Təchizat,Todaypress.az,