Azərbaycan və İsrail təbii qazın kəşfiyyatı ilə bağlı müqavilələr imzalayacaq

Sənaye və energetika

17.03.2025 15:58

704

Azərbaycan martın 17-də İsrail sularında təbii qazın kəşfiyyatı ilə bağlı müqavilələr imzalayacaq. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

SOCAR, BP Plc və NewMed Energy LP konsorsiumu dəniz bloku üçün kəşfiyyat hüquqlarını alacaq. 

Qeyd edək ki, SOCAR bu yaxınlarda İsrailin Tamar qaz yatağında 10% pay alıb.

tag: Azərbaycan,İsrail,Təbii Qaz,SOCAR,BP Plc,Todaypress.az,