Azərbaycan və Avropa arasında sənəd imzalandı

Sənaye və energetika

10.03.2025 17:05

1066

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə nazirlərin - Rəhbər Komitənin Budapeşt görüşü mühüm nəticələrlə yekunlaşıb.

TodayPress xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məlumata görə, layihəyə PMI statusunun (Project Mutual Interest-Birgə Maraqlar Layihəsi) verilməsi məqsədilə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb.

“Həmçinin Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi, Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel (FOC) komponent ilə əlaqədar zəruri addımlar razılaşdırıldı. Birgə Müəssisəyə (GECO Power Company) texniki-iqtisadi əsaslandırma ilə bağlı səlahiyyət və öhdəliklərin ötürülməsi ilə bağlı da müvafiq sənəd imzalandı” deyə paylaşımda qeyd olunur.

tag: Azərbaycan,Gürcüstan,Ruminiya,Macarıstan,Yaşıl dəhliz,Todaypress.az,