Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşdı

Sənaye və energetika

15.01.2025 10:30

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,15 % azalaraq 83,56 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 80,15 ABŞ dollarında qərarlaşıb. 

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

tag: Neft, Azərbaycan, Büdcə ,Ucuzlaşma, todaypress.az,