Azərbaycan neftinin qiyməti qalxdı
Sənaye və energetika
28.08.2024 09:34
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,58 % artaraq 83,76 ABŞ dolları təşkil edib.
TodayPress xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat yayıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 79,56 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Töhfə Səməd
tag: Azərbaycan, Neft,Barel, Birja, Dollar, todaypress.az,