Azərbaycan neftinin qiyməti 80 dolları ötdü

Sənaye və energetika

11.01.2025 13:20

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,62 % artaraq 81,86 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 79,76 ABŞ dollarında qərarlaşıb. 

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

tag: Azərbaycan ,Neft ,Bazar, Qiymət ,todaypress.az,