Azərbaycan neftinin qiyməti 79 dollara çatdı

Sənaye və energetika

12.02.2025 09:23

1988

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,42 % artaraq 78,98 ABŞ dolları təşkil edib. 

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib. 

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 77,03 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,03 ABŞ dolları və ya 1,35 % artaraq 77,54 ABŞ dolları təşkil edib. 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. 


tag: Neft,Qiymət,Artım,Dollar,ABŞ,Todaypress.az,