Azərbaycan neftinin qiyməti 78 dolları keçdi
Sənaye və energetika
20.09.2024 11:20
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,23 ABŞ dolları, yaxud 1,6 % artaraq 78,2 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 74,88 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Dünya ,Azeri Light ,Barel, ABŞ ,Neft, todaypress.az,