Azərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşdı

Sənaye və energetika

11.02.2025 09:57

3029

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti nisbətən bahalaşıb. 

TodayPress xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,45 ABŞ dolları və ya 1,9% artaraq 77,87 ABŞ dollarına çatıb. 

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,42 ABŞ dolları təşkil edib.

tag: Neft,Qiymət,Artım,Dollar,ABŞ,Todaypress.az,