Azərbaycan neftinin qiyməti 77 dollardan aşağı düşdü
Sənaye və energetika
03.10.2024 11:35
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,8 ABŞ dolları, yaxud 1,03 % azalaraq 76,89 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 74,71 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Neft ,Azərbaycan ,Barel, ABŞ, Dollar ,todaypress.az,