Azərbaycan neftinin qiyməti 77 dollara çatdı
Sənaye və energetika
01.01.2025 15:05
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,55 ABŞ dolları, yaxud 0,72 % artaraq 77 ABŞ dolları təşkil edib.
TodayPress-in xəbərinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 74,64 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Neft,Azeri Light,ABŞ ,Dollar,Brent,todaypress.az,