Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşdü

Sənaye və energetika

10.09.2024 11:03

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,74 ABŞ dolları, yaxud 0,97 % azalaraq 75,9 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 71,84 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Azərbaycan, Neft, Barel, ABŞ,Brent ,todaypress.az,