Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşdü
Sənaye və energetika
20.11.2024 11:25
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları, yaxud 1,04 % azalaraq 74,4 ABŞ dolları olub.
TodayPress-in verdiyi məlumata görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 73,31 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Azeri Light, Neft, Birja, Dünya, Barel, todaypress.az,