Azərbaycan neftinin qiyməti 74 dolları ötdü

Sənaye və energetika

13.11.2024 10:50

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

TodayPress xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,44 ABŞ dolları və ya 0,6% artaraq 74,16 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73,72 dollar təşkil edib.

tag: Azərbaycan, Neft, Barel, Birja, Dünya, todaypress.az,