Azərbaycan nefti yenidən ucuzlaşdı

Sənaye və energetika

14.09.2024 11:12

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,6 % ucuzlaşaraq 76,30 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Bundan başqa, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 71,61 ABŞ dollarında qərarlaşıb. 

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Dünya, Birja, Neft, Barel, Azərbaycan, todaypress.az,