Azərbaycan nefti yenidən ucuzlaşdı

Sənaye və energetika

04.02.2025 10:20

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,37 ABŞ dolları, yaxud 0,47 % azalaraq 78,15 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 75,51 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

tag: Azeri Light,Azərbaycan ,Neft,Barel,Brent,todaypress.az,