Azərbaycan nefti yenidən ucuzlaşdı
Sənaye və energetika
29.01.2025 11:23
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,34 ABŞ dolları, yaxud 0,43 % azalaraq 79,14 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,33 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
tag: Neft,Qiymət,Artım,Dollar,ABŞ,Todaypress.az,