Azərbaycan nefti yenidən bahalaşdı

Sənaye və energetika

07.01.2025 10:27

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,6 % artaraq 79,48 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 76,24 ABŞ dollarından hesablanıb.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

tag: Neft ,Bahalaşma ,Barel ,Büdcə, todaypress.az,