Azərbaycan nefti ucuzlaşdı

Sənaye və energetika

07.09.2024 11:02

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,69 ABŞ dolları, yaxud 2,16 % azalaraq 76,64 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 71,06 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Dünya, ABŞ ,Brent ,Neft, Dollar, todaypress.az,