Azərbaycan nefti ucuzlaşdı
Sənaye və energetika
08.11.2024 12:10
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,32 % azalaraq 76,75 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 75,63 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Neft, Azərbaycan, Birja, Barel, Dollar, todaypress.az,