Azərbaycan nefti ucuzlaşdı

Sənaye və energetika

05.09.2024 09:34

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 % azalaraq 78,3 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 72,92 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Azərbaycan, Neft, ABŞ,Barel, Birja ,todaypress.az,