Azərbaycan nefti ucuzlaşdı

Sənaye və energetika

04.09.2024 09:46

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,01 ABŞ dolları, yaxud 3,69 % azalaraq 78,55 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 73,40 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Dünya Bazarı ,Azərbaycan, Neft, Birja, Barel, todaypress.az,