Alternativ enerji layihələri üzrə minimum məbləğ müəyyənləşdi
Nazirlər Kabineti dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə minimum məbləğin həddini təsdiq edib.
TodayPress xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə ümumi investisiyanın minimum məbləği 30 milyon manat müəyyənləşdirilib.
tag: Azərbaycan,Baş Nazir,Əli Əsədov,Qərar,Todaypress.az,