Yumurta ürək-damar ölüm riskini azaldır – Araşdırma
Uzun müddətdir ki, yumurtanın yüksək xolesterin səviyyəsi ilə əlaqəli olduğu və bu səbəbdən ürək-damar xəstəlikləri və insult riskini artırdığı düşünülürdü. Lakin yeni tədqiqatlar bu yanaşmanı şübhə altına alır.
TodayPress xəbər verir ki, bu barədə Avstraliyanın Monaş Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqatda bildirilib.
Tədqiqat çərçivəsində 70 yaş və daha yuxarı 8 700-dən çox insanın sağlamlıq durumu yoxlanılıb.
Həftədə 1-6 ədəd yumurta yeyən şəxslərin ümumi ölüm riski yumurta yeyənlərlə müqayisədə 15% aşağı olub. Ürək-damar xəstəliklərindən ölüm riski isə 29% daha az olub.
Beləliklə, son nəticələrə görə, müntəzəm yumurta istehlakı yaşlı insanlarda ürək-damar xəstəliklərindən ölüm riskini azalda bilər.
Bu araşdırma yaşlı insanlar üçün elmi əsaslı qidalanma tövsiyələrinin yenidən nəzərdən keçirilməsinə də kömək edə bilər.
Qiymət Mahir
tag: Yumurta,Araşdırma,Ürək,Damar,Ölüm,Riski,Todaypress.az,