Yeni Zelandiyada göyöskürək epidemiyası elan edildi
Sağlamlıq
22.11.2024 11:25
Yeni Zelandiyanın Səhiyyə Nazirliyi ölkədə göyöskürək epidemiyası elan edib.
TodayPress xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, Yeni Zelandiya göyöskürək epidemiyasının ilkin mərhələsindədir və dövlət səviyyəsində əlaqələndirilmiş cavab tədbirləri görülür.
Nazirlik körpələrin və hamilə qadınların peyvənd olunmasının vacibliyini qeyd edib. Bütün uşaqları üç aylıq yaşa çatdıqdan sonra, eləcə də bütün hamilə qadınlara 16 həftəliyində peyvənd etmək tövsiyə olunur.
tag: Yeni Zenlandiya, Səhiyyə, Göyöskürək, Peyvənd, Körpələr, todaypress.az,