Yeməkdən sonra niyə özümüzü yorğun hiss edirik? ARAŞDIRMA

Sağlamlıq

13.03.2025 17:42

1757

Yeməkdən sonra özünü yuxulu və yorğun hiss etməyin əsas səbəbi qan şəkəri səviyyəsində baş verən kəskin dəyişikliklərlə izah edilə bilər. 

TodayPress xəbər verir ki, bu barədə "RuNews24" agentliyi məlumat yayıb. 

Terapevtlər xəbərdarlıq edib ki, qanda qlükoza səviyyəsinin əvvəlcə sürətlə yüksəlməsi, sonra isə eyni dərəcədə azalması əsasən sadə karbohidratlarla zəngin qidaları qəbul etdikdə müşahidə olunur. Bundan əlavə, həzm prosesini yavaşladan yağlı qidalar bəzi insanlarda yeməkdən sonra yorğunluq hissinə səbəb ola bilər. 

Məlumatda qeyd edilib ki, insulin müqaviməti və ya prediabeti olan insanlar yeməkdən sonra daha çox insulin ifraz edə bilərlər. Bu da qanda qlükoza səviyyəsinin kəskin azalmasına və nəticədə yuxululuğa gətirib çıxarır. 

Günortadan sonra yuxu hissinin artmasının başqa bir səbəbi isə həzm prosesinə kömək etmək üçün qanın mədə-bağırsaq traktına yönəlməsidir. Bu zaman beyinə gedən qan tədarükü müvəqqəti azala bilər ki, bu da yorğunluq hissi yaradır. Həkimlər bildiriblər ki, qanda dəmir çatışmazlığı da yeməkdən sonra yuxululuğun əsas səbəblərindən biri ola bilər. 

Töhfə Səməd

tag: Alimlər, Sınaq,Mütəxəssislər,Yemək,Todaypress.az,