Yazda immuniteti gücləndirən qidalar
Yaz aylarında zəifləyən immunitet sistemini gücləndirmək üçün düzgün qidalanmaq vacibdir.
TodayPress xəbər verir ki, qida rasionuna “C” vitamini ilə zəngin məhsullar əlavə etmək lazımdır.
Bundan əlavə, sink çatışmazlığının qarşısını almaq üçün balqabaq tumları və mərcimək yemək məsləhət görülür. Havaların mülayim olmasına baxmayaraq, insanlar geyim seçimində də diqqətli olmalıdırlar.
Evdən çıxmazdan hava proqnozunu yoxlamaq vacibdir.
Mütəxəssislər bildirirlər ki, yaz yağışları oynaq ağrılarına səbəb ola bilər.
Bu problemləri azaltmaq üçün qızılbalıq, alabalıq və sardina kimi yağlı balıqlar, həmçinin zəncəfil və giləmeyvə qəbul etmək faydalıdır.
Türkan İsgəndərli
tag: Yaz,Qida,İmmun,C vitamini,Todaypress.az,