Yavaş yemək həzmə kömək edir
Qida qəbulunu tələsmədən, 20-30 dəqiqə ərzində tədricən həyata keçirmək köp və həzmlə bağlı problemlərin qarşısını almağa kömək edir.
TodayPress xəbər verir ki, yemək tempi də azı qida seçimi qədər önəmlidir:
Mədəyə dolduğunu beyinə bildirmək üçün 20 dəqiqəyə yaxın vaxt lazımdır.
Bu, hormonal siqnallar vasitəsilə baş verir. Əgər insan daha tez yeyirsə, bu siqnalları hiss etmir və nəticədə tez-tez artıq qida qəbul edir.
Qidanı tez yeyən insanlar çoxlu hava udur, bu isə qıcqırma, köp və həzmsizlik yarada bilər.
Həkimlər xüsusilə ağır proteinli və liflə zəngin (bitki tərkibli) qidaların daha diqqətlə və uzun müddət çeynənməli olduğunu vurğulayırlar.
Ən asan yeyilən qidalar desertlər və fastfudlardır. Lakin sağlamlıq baxımından ən vacib olan lifli və proteinli qidalardır ki, onları tələsik udmaq yox, yaxşıca çeynəmək lazımdır.
Qiymət Mahir
tag: Yavaş yemək,Həzm,Kömək,Sağlamlıq,Todaypress.az,