Yaşlanmanı sürətləndirən əsas amil

Sağlamlıq

03.02.2025 11:46

Yaşlanmanın əsas səbəblərindən biri də bədəndə bir çox xroniki xəstəliklərin inkişafına səbəb olan ləng xroniki iltihabdır. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, iltihabın ilk əlamətləri yaşlanmadan çox əvvəl başlayır.

Xroniki, aşağı dərəcəli iltihab bədəni səssizcə məhv edir, ürək xəstəliklərinə, diabetə, demensiyaya, böyrək çatışmazlığına və hətta xərçəngə səbəb olur.  

Bunu azaltmaq üçün bir sıra yollar var.  

Adı çəkilən xəstəliyin qızdırma və ağrı ilə müşayiət olunan normal bir iltihab olmadığını anlamaq vacibdir. 

Ləng xroniki iltihab çox vaxt hiss olunmayan gizli bir prosesdir, lakin ildən-ilə bədəni zəiflədir. 

Nəticədə xroniki yorğunluq, yaddaş problemləri, çəki artımı və həyat keyfiyyətinin pisləşməsi müşaiyət edilir.  

Qeyd edilən təhlükəli prosesi stress və yuxuya nəzarət etməklə yavaşlatmaq olar. Yuxusuzluq iltihabı artırır, hormonal tarazlığı pozur və maddələr mübadiləsini ləngidir. 

Araşdırmalarla gecə yarısından əvvəl yatmağın daha yaxşı olduğu sübut edilib. 

Həmçinin, pəhriz də iltihabın azaldılmasında mühüm rol oynayır.    

Daha çox tərəvəz, tərkibində aşağı fruktoza olan meyvələr, dəniz balığı və qoz-fındıqdan istifadə etmək iltihabı azaldır. 

Eyni zamanda şəkər, işlənmiş və qızardılmış qidaların miqdarı minimuma endirilməlidir.

Başqa bir tövsiyə isə bağırsaq sağlamlığını qorumaqla bağlıdır. Belə ki, faydalı mikroflora orqanizmdə iltihabın səviyyəsini azaldır.  

Fermentasiya edilmiş qidalar (kefir, qatıq, duzlu kələm) və prebiyotiklər də (tərəvəz, göyərti) bağırsaqlarda faydalı bakteriyaların koloniyasını saxlamağa kömək edir.

Nicat Osman

tag: Şəkər,Yaşlanma,Xəstəlik,Çəki,Pəhriz,Todaypress.az,