Xurmanın faydaları nələrdir? - Həkim açıqladı

Sağlamlıq

01.11.2024 18:30

Xurmanın tərkibində çoxlu faydalı mikroelementlər var. 

TodayPress xəbər verir ki, bunu “Life.ru” ilə söhbətində həkim-qastroenteroloq Yekaterina Kaşux bu meyvənin faydalı xüsusiyyətlərini açıqlayıb.

Kaşuxun sözlərinə görə, xurma orqanizmin hüceyrələrini qoruyan antioksidantlarla zəngindir. Onların arasında görmə qabiliyyətini qorumağa kömək edən A vitamini, həmçinin onun prekursorları olan karotinlər var. Bundan əlavə, bu meyvənin tərkibində ürək-damar sistemi və immunitet üçün faydalı olan C, P və B vitaminləri, həmçinin kalium və maqnezium da mövcuddur. Meyvənin digər faydası isə tərkibində həzmi yaxşılaşdıran liflərin olmasıdır. 

Həkim aydınlaşdırıb ki, şəkərli diabet xəstələri xurmadan ehtiyatla istifadə etməlidirlər, çünki adı çəkilən meyvə qanda şəkərin qəfil qalxmasına səbəb ola bilər. 

Bundan əlavə, mədə-bağırsaq xəstəliklərinə sahib insanlar da xurma yeyən zaman diqqət etməlidirlər. Bu meyvənin tərkibində mövcud olan yüksək miqdarda tanen mədədə ağırlıq yarada bilər.

Töhfə Səməd

tag: Sağlamlıq, Xurma, Fayda, Orqanizm, Hüceyrələr, todaypress.az,