Xəstəxana direktoru işdən çıxarıldı -Yeni təyinat

Sağlamlıq

24.03.2025 22:00

1746

Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev vəzifəsindən azad edilib. 

TodayPress “Qaynarinfo” ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

TƏBİB sədrinin digər əmri ilə Həsənov Kamil Asif oğlu sözügedən vəzifəyə təyinat alıb.

Uşaq cərrahı Kamil Həsənov bundan əvvəl həmin xəstəxananın cərrahiyyə şöbəsinin müdiri olub. 

Qeyd edək ki, işdən çıxarılan Canəli Nəbiyev 2022-ci ilin dekabr ayından 2024-cü ilin may ayınadək Xocavənd və həmin tarixdən 2025-ci ilin yanvar ayınadək Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. İxtisasca hərbi həkim olan C.Nəbiyev heç bir yerə təyinat alamayıb. 

tag: Ağdam, TƏBİB, Cərrah, Təyinat, Canəli Nəbiyev, todaypress.az,