Xərçəngin müalicəsində COVID virusundan istifadə olunacaq

Sağlamlıq

22.11.2024 10:44

ABŞ tədqiqatçıları COVID-infeksiyası ilə xərçəngin reqressiyası arasında şişlərin ölçüsünün kiçilməsinə səbəb olan inanılmaz əlaqə tapıblar.

TodayPress xəbər verir ki, alimlər heyvan və insan toxumalarından istifadə edərək xəstəliyə səbəb olan SARS-CoV-2 virusunun RNT molekullarının immun sistemində xərçəng əleyhinə xüsusiyyətlərə malik xüsusi hüceyrənin inkişafına təkan verdiyini müşahidə ediblər.

Alimlərin fikrincə "I-NCM" kimi tanınan bu xüsusi hüceyrələr xərçəng hüceyrələrinə hücum edir.

Tədqiqatçıların fikrincə, bu kəşf xərçəngin müalicəsi üçün yeni yol açır. Bu hüceyrələr xərçənglərin müalicəsində istifadə oluna bilər.

tag: ABŞ, COVID, SARS-COV-2, RNT, Hüceyrə, todaypress.az,