Xərçəngin əsas əlamətləri aşkarlandı
Alman həkimləri bəzi səssiz simptomların xərçəngin erkən mərhələsinə işarə edə biləcəyini bildirir.
TodayPress xəbər verir ki, bu barədə "Frankfurter RundschauA" məlumat yayıb.
Bu əlamətlərə səbəbsiz gecə tərləmələri, qəfil arıqlama, xroniki və səbəbi bilinməyən ağrılar, uzun müddət davam edən azca hərarət, bədəndə şiş və topaklar, istirahətlə keçməyən daimi yorğunluq daxildir.
Mütəxəssislər bu əlamətlərin hamısının mütləq xərçəng mənasına gəlmədiyini, lakin həkimə müraciət üçün ciddi səbəb olduğunu bildirir. Onlar erkən diaqnozun müalicə şansını 90%-ə qədər artırdığını vurğulayırlar.
Türkan İsgəndərli
tag: Xərçəng,Xəstəlik,Tərləmə,Əlamət,todaypress.az,