Xərçəngin çarəsi tapıldı, kütləvi testlər başlanılacaq
Sağlamlıq
01.12.2024 15:55
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin direktoru Aleksandr Ginzburq preklinik sınaqlarda melanoma və onun metastazlarını tamamilə aradan qaldıran peyvənd kəşf edib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, peyvənd xərçəngin digər növləri üzrə də əla nəticələr göstərib.
Belə ki, bağırsaq adenokarsinoması test subyektlərində 75-80% azalıb. Alimlər şişlərin son mərhələsində də peyvəndin kömək edəcəyinə əmindirlər.
Xəstələr üzərində kütləvi testlər 2025-ci ilin əvvəlində başlayacaq.
Töhfə Səməd
tag: Rus,Xərçəng,Çarə,Həkim,todaypress.az,