Xərçəngə qarşı peyvəndin kliniki sınaqları keçiriləcək

Sağlamlıq

24.12.2024 15:35

Rusiya xərçəng peyvəndinin kliniki sınaqlarının birinci mərhələsini həyata keçirəcək. 

TodayPress xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.

Sınaqlarda 50 xərçəng xəstəsi iştirak edəcək. 

Nəşrin məlumatına görə, iştirak üçün müraciətlər bağlanıb, ümumilikdə altı mindən çox müraciət daxil olub.

Herzen adına Moskva Elmi-Tədqiqat Onkologiya İnstitutu bildirib ki, kimya-radioterapiya və digər müalicələrdən keçmiş, həmçinin əməliyyat keçirmiş xərçəng xəstələrinə üstünlük verilir.

Proqramın birinci mərhələsi 2025-ci ilin sonuna qədər davam edəcək. Sınaq iştirakçıları daim həkimlərin nəzarətində olacaqlar. 

Nəşr yazır ki, onkoloji peyvəndin xərçəngin müxtəlif növlərinə təsirini izləmək üçün sınaqların ikinci mərhələsi üçün daha çox insan işə cəlb ediləcək. Güman ki, sınaqların son mərhələsində dərman digər müalicə üsulları ilə birləşdiriləcək.

Tərtibatçılar peyvəndin sınaqdan keçirilməsinin ən azı doqquz il çəkəcəyini güman edir.

Töhfə Səməd

tag: Xərçəng, Onkologiya,Sınaq, Peyvənd ,todaypress.az,