Vətəndaşların 88 faizi “1542”in səsli sorğu funksiyasından razıdır
“Ötən il noyabrın 3-dən etibarən “1542” Çağrı Mərkəzi Xidmətinin interaktiv səsli sorğu funksiyası aktivləşdirilib”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı Mərkəzi Xidmətinin rəhbəri Nərminə Ramazanova bunu TodayPress-ə deyib.
Onun sözlərinə görə, artıq vətəndaş çağrı mərkəzinə mürəciət etdikdən sonra ona dərhal geri dönüş zəngi edilir.
“Təmsilçinin keyfiyyətinin ölçülməsi məqsədi ilə təmsilçiyə 1-5 şkala üzrə qiymət qoyulması istənilir. Əlbəttə ki, bütün vətəndaşlar bu sorğuda iştirak etmir. Bu vətəndaşın istəyinə bağlıdır. Noyabr ayından bu günə kimi xidmətdən istifadə edən vətəndaşların 88 faizi razı qalıb”.
Töhfə Səməd
tag: Nərminə Ramazanova,İcbari ,Tibbi,Sığorta,1542,Çağrı mərkəzi,Todaypress.az,