Uzunömürlülüyün daha bir sirri

Sağlamlıq

05.05.2025 15:15

23

İnsan sağlamlığının qorunması və ömrün uzadılması üçün optimal yuxu rejimi və orqanizmə faydalı olan stress – yəni hormezis vacibdir.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Piroqov Universitetinin Gerontologiya Elmi-Tibbi Mərkəzinin direktoru, professor Olqa Tkaçeva “RİA”ya açıqlamasında bildirib. 

Onun sözlərinə görə, gündəlik 6–8 saatlıq yuxu uzunömürlülük üçün ideal hesab olunur: 

“6 saatdan az və ya 8 saatdan çox yuxu həyat proqnozunu pisləşdirə bilər. Amma bu sahədə fərdi fərqliliklər mövcuddur”.

Tkaçeva əlavə edib ki, faydalı stress forması kimi insanın vurğunluq və ya sevgi hissi yaşaması da orqanizm üçün stimullaşdırıcı təsirə malikdir.

Alim sağlam həyat tərzini qorumaq üçün həm də zehni fəaliyyət, balanslaşdırılmış qidalanma, fiziki aktivlik və xroniki xəstəliklərin profilaktikasının vacibliyini vurğulayıb.

Qiymət Mahir

tag: Alim,Uzunömürlülük,Sağlamlıq,Yuxu,todaypress.az,