Uzun müddət ayaq üstə qalmaq ürək sağlamlığına təsir edə bilər - ARAŞDIRMA

Sağlamlıq

01.11.2024 12:20

Son tədqiqatlar göstərir ki, uzun müddət oturmaq kimi ayaqda durmaq da ürək sağlamlığı üçün risk yarada bilər.

TodayPress xəbər verir ki, bununla bağlı Sidney Universitetinin tədqiqatçıları tərəfindən araşdırma aparılıb.

Mütəxəsisslər oturma və ayaq üstə durmağın ürək-damar sağlamlığına təsirlərini analiz edib. Tədqiqatda, Böyük Britaniyanın “Biobank”ından 83 min nəfərin məlumatları təhlil olunub. İştirakçıların gündəlik oturma və ayaq üstə durma müddətləri akselerometr vasitəsilə izlənilib. Həmçinin işemik ürək xəstəlikləri, ürək çatışmazlığı, ortostatik qan dövranı pozğunluqları kimi sağlamlıq problemlərinin yaranma ehtimalları araşdırılıb. Nəticələr göstərib ki, uzun müddət ayaqda durmaq ürək-damar xəstəliklərinin qarşısını almaqda təsirli deyil və hətta bəzi hallarda qan dövranı problemləri riskini artırır.

Tədqiqat, həmçinin uzun müddət oturmanın ürək-damar xəstəlikləri riskini artırdığını təsdiqləyib. Gündə 10 saatdan çox oturduqda ürək-damar xəstəlikləri riski hər əlavə saat üçün 15 faiz artır.

Bu tədqiqat, oturmaq və ayaq üstə durmaqla əlaqəli sağlamlıq risklərini azaltmaq üçün mütəmadi olaraq hərəkət etməyin və aktiv həyat tərzini qorumağın əhəmiyyətini bir daha təsdiqləyir.

tag: Mütəxəssislər, Böyük Britaniya, Sağlamlıq, Biobank, todaypress.az,