ÜST nümayəndəsi: “Şəkərli su südü əvəz etmir”

Sağlamlıq

06.05.2025 12:03

90

"Bəzi analar uşaqlara şəkərli su verməklə onlara xeyir etdiklərini düşünsələr də, əslində bu, zərərli bir vərdişdir".

TodayPress xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Elturan İsmayılov bildirib.

Onun sözlərinə görə, ana südünün tərkibində uşağın ehtiyac duyduğu qədər şəkər var. 

"Bundan əlavə, uşaqla dəri təması qurulmalıdır və doğuşdan sonra ilk saat ərzində körpəyə ana südü verilməlidir”.

ÜST nümayəndəsi vurğulayıb ki, bu qayda qeysəriyyə əməliyyatından sonra doğulan uşaqlar üçün də keçərlidir: 

“Bəziləri düşünür ki, doğuşdan sonra ilk südü uşağa vermək olmaz, bu, yanlış fikirdir. Hətta epidural anesteziya ilə doğuş edən anaların südü belə süni qidadan daha faydalıdır.”

Elturan İsmayılov əlavə edib ki, bəzi hallarda analar südün azaldığını düşünərək dərmanlara və süni qidalara üstünlük verirlər.

Əslində süd azalmır, sadəcə uşağın tələbatına uyğun olaraq dəyişir və formalaşır. Bu, təbii bir prosesdir. 

Türkan İsgəndərli

tag: Elturan İsmayılov,ÜST,Ana Südü,Şəkərli Su,