Uşaqlarda piylənmənin cərrahi müalicəsinə nə zaman başlamaq olar?

Sağlamlıq

13.12.2024 18:24

Uşaqlarda piylənmənin müalicəsi üçün cərrahi üsullardan yalnız ekstremal hallarda və müəyyən şərtlərdə istifadə olunmalıdır.  

TodayPress xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, cərrahi müalicə yalnız bir sıra şərtlər yerinə yetirildiyi təqdirdə morbid piylənmə diaqnozu qoyulmuş yeniyetmələrə təklif edilə bilər. 

Cərrahi müdaxilənin təklif oluna biləcəyi şərtlər arasında 2-ci tip şəkərli diabet kimi piylənmə, həmçinin ağır obstruktiv yuxu apnesi və ağır arterial hipertenziya var. 

Burada eyni zamanda xəstənin psixoloji durumu kimi faktorlar da nəzərə alınmalıdır.  

Günəş Mərd

tag: Piylənmə, Cərrahi, Müalicə, Uşaqlar, todaypress.az,