Ürək üçün faydalı yağ
Həkim-dietoloqlar kokos yağında olan orta zəncirli yağ turşularının ürək hüceyrələrinə müalicəvi təsir göstərdiyini və lipid mübadiləsini yaxşılaşdırdığını bildiriblər.
TodayPress məlumat verir ki, kokos yağında olan “tricaprin” adlı əlavə, kardiomiopatiyanın qarşısını alaraq ürək fəaliyyətini yaxşılaşdırır və ürək çatışmazlığını azaldır.
Lakin, kokos yağında çoxlu doymuş yağ olduğu üçün onun istehlakını məhdudlaşdırmaq vacibdir.
Həddindən artıq doymuş yağlar ateroskleroz və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Kərə yağının tərkibində isə sağlam doymamış yağlar mövcuddur. Buna görə də onun istehlakını tamamilə dayandırmaq əvəzinə, istifadəsini məhdudlaşdırmaq daha yaxşıdır.
Nicat Osman
tag: Ürək,Yağ,Həkim-dietoloq,Xəstəlik,todaypress.az,