Ürək qüsurları xərçəng riskini artırır
Sungkyunkvan Universitetinin (Cənubi Koreya) alimləri müəyyən ediblər ki, anadangəlmə ürək qüsurları olan insanların xərçəngə tutulma riski əhəmiyyətli dərəcədə artıb.
TodayPress xəbər verir ki, araşdırmanın nəticələri "Circulation" jurnalında dərc olunub.
Tədqiqatlara görə, anadangəlmə ürək qüsurları daha az ciddi anormallıqlardan daha təhlükəli vəziyyətlərə qədər dəyişə bilər.
Həmçinin anadangəlmə ürək qüsuru olan uşaqlarda xərçəng xəstəliyinə tutulma sağlam həmyaşıdları ilə müqayisədə 66% yüksəkdir.
Bununla belə, alimlər hələ ki, anadangəlmə ürək qüsurları ilə xərçəng arasında olan əlaqənin əsas mexanizmlərini tam müəyyən edə bilməyiblər.
Tədqiqatçılar bu mövzuda əlavə araşdırmaların aparılmasının vacibliyini vurğulayıblar.
Türkan İsgəndərli
tag: Ürək,Qüsur,Xərçəng,Risk,Todaypress.az,