Ürək-damar xəstəliklərinə səbəb olan vərdişlər
Sağlamlıq
06.01.2025 13:21
Fiziki hərəkətsizlik, yuxu rejiminin pozulması və bir sıra gündəlik vərdişlər sağlamlığa son dərəcə mənfi təsir göstərir.
TodayPress xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Həkimlər, həmçinin gigiyena və qidalanma cəhətdən daha diqqətli olmağa çağırıb.
“Ən çox yayılmış və zərərli vərdişlərdən biri düzgün qidalanmamaqdır. Doymuş yağ, şəkər və duzla yüksək olan qidaların müntəzəm istehlakı, həmçinin təzə meyvə, tərəvəz və lif çatışmazlığı piylənmə, ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və digər maddələr mübadiləsi pozğunluqlarının inkişafına səbəb olur” deyə bildirilib.
Araşdırmacıların fikrincə, gec yatıb tez oyanmaq vərdişi ürək-damar xəstəliklərinin inkişaf riskini artırır, eyni zamanda koqnitiv funksiyanı pozur, depressiya və digər psixi pozğunluqların inkişaf ehtimalını artırır.
Hipodinamiya, yəni kompüterdə işləmək, uzun müddət avtomobil idarə etmək və ya televizora baxmaqla bağlı oturaq həyat tərzi əzələ kütləsinin azalmasına, ürək-damar sisteminin zəifləməsinə, maddələr mübadiləsinin pozulmasına və piylənmənin inkişafına səbəb olur. Bu vərdiş çox vaxt müntəzəm fiziki fəaliyyətin olmaması ilə müşayiət olunur ki, bu da vəziyyəti daha da ağırlaşdırır.
Həkimlər düzgün olmayan gigiyena vərdişlərini də təhlükəli adlandırıb. Belə ki, əllərin düzgün və nizamsız yuyulması, şəxsi gigiyena qaydalarına məhəl qoyulmaması yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.
Töhfə Səməd
tag: Həkim ,Ürək ,Damar ,Xəstəlik ,todaypress.az,