Tənhalıq qadınlarda erkən ölüm riskini artırır
Uzun müddət tənhalıq hiss edən qadınların erkən ölüm riski 3 dəfə çoxdur.
TodayPress xəbər verir ki, bu barədə Sidney Universitetinin alimləri araşdırma ediblər.
Araşdırmada 48-55 yaş arası 57 min qadın iştirak edib.
İlk mərhələdə elm adamları subyektlərin psixi sağlamlığı və sosial həyatı ilə bağlı məlumatlar toplayıb, sonra isə müşahidələrə başlayıblar.
Tədqiqatçılar həmçinin 15 il ərzində könüllülər arasında bütün ölümləri qeydə alıblar.
Alimlər müəyyən ediblər ki, qadınlar nə qədər tənha hiss edirlərsə, ömürlərinin qısalması ehtimalı da bir o qədər yüksək olur.
Belə ki, 15 il ərzində heç vaxt tənhalıqdan şikayət etməyən qadınların ölüm riski 5% təşkil edir.
Əksi olan insanlarda isə bu, 15% olub.
Türkan İsgəndərli
tag: Qadınlar,Tənhalıq,Ölüm,Risk,Sağlamlıq,Todaypress.az,