Tənəffüs yollarına qida ilişən şəxslər üçün ilkin tibbi yardımlar

Sağlamlıq

03.03.2025 20:15

2908

Tənəffüs yollarına qida ilişdiyi hallarda görülməli olan bir sıra təcili tədbirlər var. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, boğulan şəxs mümkün qədər çox hava udmağa çalışmalı, qarın əzələlərini bərkitməli və tənəffüz yollarına yapışmış qidanı öskürərək çıxarmağa səy göstərməlidir.     

Bu şəxslərə kömək etmək istəyənlər boğulan şəxsi qabağa əyməli və çiyin bıçaqları arasına vurmalıdırlar.   

Bu üsul qidanın tənəffüs yollarından çıxmasına kömək edir. Həmçinin dərhal təcili yardım çağırmaq vacibdir. 

Digər təsirli ilk yardım üsulu kimi “Heimlich” manevridir. 

Bu metodda kömək edən şəxs boğulan insanı belindən qucaqlayıb yuxarıya doğru sıxmalıdır ki, diafraqma büzülsün və ilişmiş qida çıxarılsın.   

Lakin xəbərdarlıq edilib ki, bu üsul yalnız texnika düzgün yerinə yetirildikdə effektiv olur və icrası kifayət qədər çətindir. 

Nicat Osman

tag: Heimlich,Tənəffüs yolu,İlk Tibbi Yardım,Sağalma,Todaypress.az,