Süni kök hüceyrələr uğurlu nəticələr verdi
Sağlamlıq
14.11.2024 11:48
Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib.
TodayPress xəbər verir ki, Yaponiya və İngiltərədən olan alimlər görmə pozuntusunun müalicəsində istifadə etdikləri süni kök hüceyrələrin uğurlu nəticələr verdiyini bildiriblər.
Alimlər, ağır dərəcədə görmə pozuntusu olan 4 nəfərin buynuz qişasına “induksiya olunmuş pluripotent kök hüceyrələr” (iPS) köçürüb. Tədqiqatçılar, süni şəkildə hazırlanmış bu kök hüceyrələrin köçürüldüyü, ağır dərəcədə görmə pozuntusu olan 3 xəstənin görmə qabiliyyətində 1 ildən çox bir müddətdə əhəmiyyətli irəliləyişlər müşahidə olunduğunu qeyd ediblər. Sonuncu xəstənin görmə qabiliyyətində yaxşılaşmalar müşahidə olunsa da, bunun uzun sürmədiyini vurğulanıb.
Tədqiqatçılar xəstələrin indiyədək hər hansı bir əks təsirlə qarşılaşmadığını və müalicə üsulunun təsirlərinin daha yaxşı müşahidə edilə bilməsi üçün daha çox köçürməyə ehtiyac olduğunu diqqətə çatdırıblar.
tag: Görmə, Zəiflik, Sağlamlıq, Hüceyrələr, Alimlər, todaypress.az,