Süd məhsulları riskli ola bilər
Süd və süd məhsulları laktoza dözümsüzlüyü olan insanlar üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
TodayPress xəbər verir ki, bu barədə diyetoloqlar xəbərdarlıq ediblər.
Mütəxəssislərin sözlərinə görə, insanların orqanizmində laktozanı parçalayan fermentin çatışmazlığı səbəbilə süd məhsulları zəif həzm olunur və bu, şişkinlik, narahatlıq, bədəndə iltihab proseslərinə yol aça bilər.
Diyetoloqlar bildirirlər ki, bəzi insanlar uşaqlıqda süd məhsullarını problemsiz qəbul etsələr də, yetkinlik dövründə dözümsüzlük inkişaf edə və dəri səpgiləri ilə müşahidə oluna bilər.
Eyni zamanda, süd məhsullarına dözümlülüyü artırmaq üçün onu az miqdarda və tədricən pəhrizə daxil etmək tövsiyə olunur. Bu halda bədənin zəruri fermenti yenidən istehsal etməyə başlama ehtimalı arta bilər.
Türkan İsgəndərli
tag: Süd,Pendir,Məhsul,Zərər,todaypress.az,