Soyuqdəymə zamanı niyə baş ağrıları yaranır?

Sağlamlıq

19.01.2025 10:13

Soyuqdəymə zamanı yaranan şiddətli baş ağrılarının səbəbləri açıqlanıb.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, bunun ilkin səbəbi insanların anatomik xüsusiyyətləridir.  

Belə ki, başın dərialtı piy qatı çox incədir və bu səbəbdən də soyuqun təsiri altında səthi damarlar daralır, əzələlər gərginləşir. Nəticədə, kəllə üzərində təzyiq artır, bu da ağrılara səbəb olur.

Qeyd olunub ki, qış fəslində ən şiddətli baş ağrıları şaxtalı havadapapaqsız uzun gəzintidən sonra başlayır. Ancaq bəzən güclü küləkli havalarda küçədə gəzmək də buna imkan səbəb ola bilir. 

Belə baş ağrıların öhdəsindən gəlmək üçün həkimlər mümkün qədər tez küçədən isti məkana keçməyi, isti içki içməyi, başınızın arxasını yumşaq bir şəkildə masaj etməyi və isti duş qəbul etməyi tövsiyə edirlər. 

Günəş Mərd 

tag: Hava,Şaxta,Qış,Baş ağrıları,Sağlamlıq,Todaypress.az,